Ermənistanda hərbi xidmətdən yayınanlar əfv olunacaq
8 Aprel 2021 16:56 DünyaErmənistanda ötən il Qarabağ müharibəsinədək hərbi xidmətdən yayınmağa görə cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərə amnistiya veriləcək.
Bununla bağlı qanun layihəsi hökumətin iclasında təsdiqlənib.
Ermənistanın ədliyyə naziri Rustam Badasyan bildirib ki, amnistiya ötən ilin sentyabrınadək xidmətdən yayınanlara şamil olunacaq.
Qanun layihəsinə əsasən, 5 min nəfər axtarışa verilən və 100-dən çox məhkum olunmuş şəxs amnistiyaya düşəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31