Ukrayna prezidenti münaqişə bölgəsinə getdi
8 Aprel 2021 15:58 DünyaUkrayna prezidenti Volodımır Zelenski rusiyapərəst separatçılarla Ukrayna ordusu arasında gərginliyin artdığı Donbas bölgəsinə gedib.
Olaylar.az "CNN Türk"ə istinadən xəbər verir ki, prezident bölgədəki əsgərlərlə görüşəcək.
Ukrayna Silahlı Qüvvələrinin verdiyi açıqlamaya görə, Donbas bölgəsindəki separatçıların dünən gecə yarısından etibarən saat 07:00-a qədər atəşkəsi beş dəfə pozduqları və açılan atəş nəticəsində bir Ukrayna əsgərinin öldüyü bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31