Koçaryan Paşinyanı məhkəməyə verdi

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan ölkənin baş naziri Nikol Paşinyanı məhkəməyə verib.

Olaylar.az xəbər verir ki , bu barədə məlumatı Ermənistanın Məhkəmə Sistemi yayıb.

Robert Koçaryan ona qarşı başlamış və sonradan ləğv edilmiş cinayəti işi ilə bağll iddia irəli sürüb. Keçmiş prezident ona dəyən mənəvi ziyanın ödənilməsini tələb edir.

Qeyd edək ki, Ermənistan Konstitusiya Məhkəməsi Robert Koçaryana qarşı irəli sürülmüş konstitusiya quruluşunu devirmək ittihamlarını geri götürüb.

Yerevanınn ümumi yurisdiksiyasının hakimi Anna Danibekyan Konstitusiya Məhkəməsinin 300.1-ci maddəsini (konstitusiya quruluşunun devrilməsi) konstitusiyaya zidd elan edərək "martın 1-i" işinə xitam verilməsi barədə qərar qəbul edib.

Sfera.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31