Rusiyada son sutkada 365 nəfər "Covid-19"un qurbanı oldu

Rusiyada koronavirusa yoluxanların sayı 4,6 milyonu keçib

Olaylar.az "Worldmeters.info" saytına istinadən xəbər verir ki, ölkədə son sutka ərzində 8 672 nəfər virusa yoluxub, 365 nəfər vəfat edib.

Bugünədək ölkədə 4 milyon 614  min 834 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı isə 101 min  845 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 4 milyon 239 min 038 şəxs virusdan sağalıb, 273 min 951 nəfərin müalicəsi isə davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31