İmran Xan təcavüz hadisələrinin artmasında qadın geyimlərini günahlandırıb
8 Aprel 2021 13:32 DünyaPakistan Baş Naziri İmran Xan dünya miqyasında təcavüz hadisələrinin artmasında qadın geyimlərini günahlandırıb.
Olaylar.az xarici KİV-nə istinadən xəbər verir ki, həftəsonu bir müsahibəsində Xan qadınların örtülü olmasını təklif edib. Yüzlərlə insan Xanın bu fikirlərinə etiraz olaraq "yalan və təhlükəli ifadələr" başlığında onlayn bəyanat imzalayıblar.
Pakistan İnsan Haqları Komissiyası isə İmran Xanın bu fikirlərindən "dəhşətə gəldiklərini" elan edib. Açıqlamada təcavüzün təcavüzkarın arxasında duran Xan kimi insanların təbliğatı ilə edilən bir cinayət olduğu qeyd edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31