Lavrov: ABŞ-ın dostyana olmayan hər addımına cavab verəcəyik
8 Aprel 2021 12:30 DünyaBu sözləri Rusiya xarici işlər naziri Lavrov Qazaxıstanın paytaxtı Nursultanda keçirilən mətbuat konfransında deyib.
Olaylar.az "Sputnik Türkiyə"yə istinadən xəbər verir ki, ABŞ və Rusiya arasındakı münasibətlərin ölkədə də tənqid olunduğunu bildirən Lavrov "Özümüzdən başqa heç kimə inanmamalıyıq, çünki ABŞ və müttəfiqləri etibarsız tərəfdaşlardır. Bir dövlət üçün vacib olan məsələlərdə onların əhval-ruhiyyəsinə və ya səhər yatağının hansı tərəfindən qalxdıqlarına güvənməməliyik",- deyə qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31