Rusiya-Ukrayna gərginliyi artır! Kremldən yeni açıqlama
7 Aprel 2021 16:04 DünyaKreml Rusiya qoşunlarının Ukrayna sərhədində Rusiya rəhbərliyinin lazım bildiyi vaxtadək qalacağını açıqlayıb.
Olaylar.az xarici KİV-nə istinadən xəbər verir ki, Kremlin Mətbuat katibi Dmitri Peskov " Qoşunlarımız hərbi rəhbərliyimiz və Baş Komandanımızın(Vladimir Putin) uyğun bildiyi vaxtadək Ukrayna sərhədinə yaxın bölgələrdə qalacaq",- deyə qeyd edib.
Xatırladaq ki, Ukrayna Baş Qərargah rəisi Ruslan Homçak mart ayının 30-da Rusiyanın təlim bəhanəsi ilə Ukrayna sərhədi yaxınlığında hərbi gücünü gücləndirdiyini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31