İtaliyada qapanmalara qarşı etiraz: "Çörək almağa pulumuz yoxdur"

İtaliyanın paytaxtı Romada kiçik sahibkarlar koronavirus səbəbindən tətbiq edilən qapanmalara etiraz ediblər. 

Olaylar.az  "Sözcü"yə istinadən xəbər verir ki, qapanmalar səbəbindən  iqtisadi çətinliklər yaşadıqlarını bildirən etirazçılar "azadlıq", "çörək almağa pulumuz yoxdur" kimi şüarlar səsləndiriblər.  Romada başlayan  etirazlar İtaliyanın digər şəhərlərinə   də sıçrayıb.

Xatırladaq ki,  son sutkada ölkədə 7767 nəfər virusa yoluxub, 421 nəfər isə virusdan vəfat edib. 

Bugünədək İtaliyada 3 milyon  686 min 707 nəfər virusa yoluxub, 111 min 747 nəfər virusdan ölüb.

Gülər Seymurqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31