Türkiyə bazasına hücum: 10 əsgər öldü

Suriyanın Haseke vilayətinin Tel-Tamer şəhərində yerləşən türk hərbçilərinin bazasının yaxınlığında iki partlayış baş verib.

Olaylar.az xəbər verir ki, bu barədə "Əl Hadath" kanalı məlumat yayıb.

Məlumata görə, partlayış nəticəsində türkiyəli hərbçilər arasında 10-a yaxın ölən və yaralanan var.

Ölənlərin sayı dəqiq deyil.

Türkiyə tərəfi məsələ ilə bağlı heç bir açıqlama verməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31