DƏHŞƏTLİ QƏTLİAM: Qılınclarla, bıçaqlarla hücuma keçdilər - Onlarla ölü və yaralı var

Sudanın Qərbi Darfur bölgəsində qəbilələr arasında şiddətli toqquşma baş verib.

Olaylar.az xəbər verir ki, Sudan Həkimlərinin Mərkəzi komitəsinin məlumatına görə, qarşıdurma zamanı azı 40 nəfər həlak olub. Çox sayda yaralı var. Qarşıdurma davam edir.

Məlumata görə, toqquşma qəbilə üzvlərindən birinin naməlum şəxslər tərəfindən qətlə yetirilməsindən sonra başlayıb. Qarşıdurma zamanı qəbilə üzvləri, oldu silahlarla yanaşı qılınc, bıçaq və digər kəsici alətlərdən istifadə edib. Hökumət bölgədə fövqəladə vəziyyət elan edib. Orduya vəziyyəti sabitləşdirmək üçün bütün səlahiyyətlər verilib.

metbuat.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31