Baydenin oğlu etiraf etdi: ölən qardaşının arvadı ilə münasibətləri olub

ABŞ Prezidenti Cozef Baydenin oğlu  Hanter Bayden mərhum qardaşının həyat yoldaşı Halliy ilə münasibətlərindən danışıb.

ABŞ Prezidenti Cozef Baydenin oğlu  Hanter Bayden mərhum qardaşının həyat yoldaşı Halliy ilə münasibətlərindən danışıb.

Olaylar.az xarici KİV-nə istinadən xəbər verir ki, o, ABŞ-ın CBS kanalında yeni "Gözəl şeylər" kitabını tanıtmaq üçün qonaq olarkən etiraf edib. Hanter Bayden qardaşı Beaunun 2015-ci ildə 46 yaşında beyin xərçəngindən  vəfat edəndən sonra  həyat yoldaşı Halliy ilə münasibətlərinin olduğunu təsdiq edib.  Onun sözlərinə görə,  qardaşının ölümündən sonra Helliy ilə acısını bölüşərkən bir-birilərinə aşiq olublar. 

Cozef Bayden və Cill Bayden də oğullarının bu münasibətini anlayışla qarşılayıblar.

Hanter qardaşının ölümündən 5 ay sonra arvadından ayrılsa da, qardaşının arvadı ilə münasibəti də 2019-cu ilə  qədər davam edib. 

Hazırda o, Melissa Cohen adlı afrika əsilli rejissorla evlidir. Bir oğlu var və Hanter oğluna ölən qardaşı Beaunun adını  verib. 

Qeyd edək ki,  Hanter Bayden bir müddət alkoqollu içki və narkotik asılılığından əziyyət çəkib. 

Gülər Seymurqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31