Kanada reanimasiya şöbələri gənclərlə doludur

"Covid-19"un üçüncü dalğasını yaşayan Kanadada  reanimasiya şöbələrində ən çox gənclər var. 

Olaylar.az xarici KİV-nə istinadən xəbər verir ki, İngiltərə ştammı ölkədə daha çox gənclərə təsir edir. Hazırda reanimasiya şöbələrində 30 yaşlarında gənclər daha çoxdur. 

Son sutkada  2343 nəfər  koronavirusa yoluxub, 12 nəfər vəfat edib. Bununla da ölkədə ümumilikdə, 1,003,988 nəfər virusa yoluxub, 23,062 nəfər isə vəfat edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31