Nigeriyada həbsxanaya hücum oldu, 1 500 məhbus qaçdı
5 Aprel 2021 13:06 DünyaNigeriyada naməlum silahlıların hücumu nəticəsində 1500 məhbus həbsxanadan qaçıb, azı 1 polis əməkdaşı ölüb.
Bu barədə yerli "Vanguard" qəzeti məlumat yayıb.
Bildirilib ki, hadisə aprelin 5-də Nigeriyanın cənubunda yerləşən İmo ştatının Overri şəhərində mərkəzi həbsxanada baş verib.
Məlumata görə, hücum edən silahlılar həbsxananı bir neçə saat nəzarətdə saxlayıblar. Onların həbsxanaya hərbi maşınlarla gəldikləri bildirilib.
Hadisə yerinə əlavə hərbi qüvvə cəlb edilib. Qaçan məhbuslarla bağlı əməliyyat-axtarış tədbiri keçirilir. sfera
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31