Pakistanda antiterror məhkəməsinin hakimi və ailəsi öldürüldü

Pakistan antiterror məhkəməsinin hakimi Aftab Afridi ilə  birlikdə həyat yoldaşı, qızı və oğlu öldürülüb. 

Olaylar.az "HaberTürk"ə istinadən xəbər verir ki, paytaxt İslamabada səyahət edən hakimin və ailəsinin kimin tərəfindən öldürüldüyü məlum deyil. Qətli törədənlər pusqu qurduqdan sonra hadisə yerindən qaçıblar.

Pakistan Baş naziri İmran Xan da "Twitter"dəki paylaşımında  bu dəhşətli əməli törədənlərin tutularaq məhkəməyə qarşısına çıxarılacağına söz verib. 

Gülər Seymurqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31