Hindistanda günlük yoluxma sayı 100 mini aşdı
5 Aprel 2021 11:13 DünyaHindistanda "Covid-19"a sutkalıq yoluxma ilk dəfə 103 min 558 nəfər olub.
Olaylar.az "Worldometers.info" saytına istinadən xəbər verir ki, son 24 saatda 478 nəfər virusun qurbanı olub. Bununla da bugünədək virusa yoluxanların sayı 12 milyon 589 min 67 nəfərə, ölənlərin sayı isə 165 bin 101 nəfərə çatıb.
Qeyd edək ki, ölkədəki bəzi vətəndaşların peyvənd olunduqdan sonra maska taxmadıqlarına görə virusa yoluxduqları məlum olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31