Arvadı qumar basqınından qaçarkən ikinci mərtəbədən atladı, əri isə polisləri hədələdi
5 Aprel 2021 10:37 DünyaTürkiyənin Dənizli bölgəsində dərnək adıyla fəaliyyət göstərən qumarxanaya polis tərəfindən basqın edilib.
Olaylar.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, əməliyyat zamanı polisi görən qadın 2-ci mərtəbədən atlayıb qaçmaq istəyərkən xəsarət alıb. Əri isə yaralı arvadının yanına gələrək polisləri hədələməyə başlayıb.
Hadisə yerində 1-i qadın olmaqla ümumilikdə 10 nəfər koronavirus qaydalarını pozduğuna və komendant saatlarına əməl etmədiyinə görə saxlanılıb. Həmin şəxslərə 63 min TL inzibati pul cəzası tətbiq edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31