Kosovanın yeni qadın prezidenti - Foto

Vyosa Osmani Kosovanın yeni prezidenti seçilib. 

Olaylar.az   "Haberglobal"a  istinadən xəbər verir ki, Vyosa Osmani 71 millət vəkilinin səsini qazanıb və səs çoxluğu ilə ölkənin yeni prezidenti oldu.

VYOSA OSMANI KİMDİR?

17 May 1982-ci ildə Kosovonun Mitrovitsa şəhərində anadan olub.  Osmani ibtidai və orta məktəbi bu şəhərdə bitirdi. Priştina Universiteti Hüquq Fakültəsini bitirən Osmani ABŞ-da Pitsburg Universitetində magistr və doktorantura təhsili alıb. 

Bir müddət Kosovo Məclisinin sədri vəzifəsini icra edən Osmani keçmiş prezident Haşim Taçinin istefasından sonra da prezident müavini vəzifəsini icra edib.

İki uşağı olan Osmani, ana dilindən başqa İngilis, Türk, İspan və Serb dillərini bilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31