Ermənistan daha 54 itkisini açıqladı
3 Aprel 2021 15:12 DünyaErmənistanın İkinci Qarabağ müharibəsindəki itkilərinin rəsmi sayı yenidən artıb.
Olaylar.az xəbər verir ki, Azərbaycanın Qarabağ bölgəsindəki qondarma rejimin tör-töküntülərindən olan "müdafiə ordusu" döyüşlərdə məhv edilən erməni hərbçilərinin daha bir qrupunun kimliyini açıqlayıb. Həmin hərbçilərin sayı 54 nəfərdir.
Bununla da erməni tərəfinin itkilərinin rəsmi sayı 2 836 nəfərə çatıb.
O da bildirilir ki, atəşkəsdən sonra Ermənstana 1 527 meyit verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31