ABŞ Konqresinin binasına hücum – 1 polis həyatını itirdi
3 Aprel 2021 11:04 DünyaABŞ Konqresinin binasına hücum təhlükəsi səbəbilə giriş və çıxışlar bağlanaraq təhlükəsizlik tədbirləri artırılıb.
Olaylar.az xəbər verir ki, buna səbəb Konqres binası qarşısındakı barrikadaya bir avtomobilin sürətlə çırpılması, daha sonra sürücünün mühafizə polislərinə bıçaqla hücum etməsi göstərilib.
Hücum nəticəsində sürücü ilə birlikdə, onun yaraladığı 2 polisdən biri xəstəxanada həyatını itirib.
ABŞ Konqresinin Polis Departamenti hadisənin terrorla əlaqəli olmadığını açıqlayıb.
Hadisə ilə əlaqədar olaraq Senat və Nümayəndələr Palatasındakı iclaslar dayandırılıb. sfera
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31