"ABŞ Ukraniyaya əsgər göndərsə, Rusiya əlavə addımlar atmalı olacaq" - Kremldən sərt bəyanat
2 Aprel 2021 15:13 DünyaKremldən ABŞ-ın Ukraniyaya dəstək məsələsinə reaksiya gəlib.
Olaylar.az-ın məlumatına görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, ABŞ Ukraniyaya əsgər göndərərsə, Rusiya milli təhlükəsizliyi qorumaq üçün əlavə addımlar atmaq məcburiyyətində qalacaq.
Qeyd edək ki, 26 martda Donetsk ətrafında atəşkəs pozuntusu və 4 Ukrayna əsgərinin həlak olması, eləcə də sərhəddə və Krım istiqamətində Rusiya ordusunun hərəkətliliyinin artmasından sonra ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Sallivan Ukrayna prezident ofisinin rəhbəri Yermak, dövlət katibi Blinken isə xarici işlər naziri Kuleba ilə əlaqə saxlayıb. Blinken ukraynalı həmkarına Rusiyanın davamlı təcavüzü qarşısında Vaşinqtonun Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstəyinin olacağını bildirmişdi.
Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə isə, Rusiya təcavüzü baş verərsə, ABŞ Ukraynanı tək qoymayacaq və Moskvanın aqressiv cəhdlərinin həyata keçməsinə yol verməyəcək.
sfera