Köçəryan Paşinyandan öncə Moskvaya uçdu

Ermənistanın eks-prezidenti Robert Köçəryan çərşənbə axşamı Moskvaya səfər edib.

Olaylar.az xəbər verir ki, bu məlumatı "Qraparak" qəzeti yayıb. Məlumata görə, səfər qısa müdddətli olub.

Onun "AFK Sistema" şirkətinin iclasında iştirak etdiyi və İrəvana geri döndüyü bildirilib.

Qeyd edək ki, Nikol Paşinyanın Rusiyaya səfərinin aprelin 7-də olacağı gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31