Fransada nikah mərasimində xarici bayraqlar qadağan edilir
2 Aprel 2021 13:39 DünyaFransa Senatında bələdiyyə başçılarına Fransa və Avropa Birliyi (AB) ölkələrinin vətədaşlarından başqa digər ölkələrin vətədaşlarına nikah mərasiminə bayraq gətirmək qadağan edilib.
Olaylar.az xəbər verir ki, senatda "Nikah mərasimində bayraqlar nə edir? Bu, bir futbol matçı deyil", - deyə vurğulanıb.
Yaşıllar Partiyasından (EELV) senator Tomas Dossus isə bu qadağanın müsəlmanlara və ölkədə yaşayan xarici vətəndaşlara qarşı haqsızlıq olduğu bildirilib.
Senatorlar tərəfindən lazımi səs toplandıqdan sonra qanun Məclisə təsdiq üçün göndəriləcək.
Gülər Seymurqızı
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31