İngiltərədə "Covid-19"dan sağalan hər 8 nəfərdən 1-i ölür
2 Aprel 2021 11:17 Dünyaİngiltərədə aparılan araşdırmaya görə, "Covid-19"dan sağalan hər 8 nəfərdən 1-i ölür.
Olaylar.az xəbər verir ki, bu barədə məlumatı NTV yayıb. Belə ki, ingilis alimlər tərəfindən müayinə edilən 48 min insanın koronavirusdan sağaldıqdan sonra növbəti 4 ay ərzində ciddi tənəffüs problemləri, şəkərli diabet, ürək, böyrək, qaraciyər xəstəlikləri ilə həkimlərə yenidən müraciət etdikləri məlum olub.
Nəticələrə görə, xəstələrin təxminən üçdə biri yenidən müxtəlif problemlərlə həkimlərə müraciət edir, səkkizdə biri isə ölür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31