Tayvanda sərnişin qatarının qəzası nəticəsində 36 nəfər ölüb
2 Aprel 2021 10:11 DünyaTayvanda sərnişin qatarının qəzaya uğraması nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb.
Olaylar.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı Tayvanın Mərkəzi informasiya agentliyi yayıb.
Məlumata görə, qəza nəticəsində 61 nəfər xəsarət alıb, 72 nəfər qatarların arasında bloklanıb. Qəza zamanı qatarın 8 vaqonunda 350 sərnişin olub.
Bildirilir ki, ikinci və üçüncü vaqon relsdən çıxıb. Hazırda xilasetmə əməliyyatı davam etdirilir.
Gülər Seymurqızı
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31