Lavrov: "Yeni bir müharibə Ukraynanın məhvinə səbəb olacaq"

Ukraynanın cənub-şərqində yerləşən Donbasdakı son hadisələrdən danışan  Rusiya Xarici İşlər naziri Sergey Lavrov   yeni bir müharibəyə başlamaq cəhdlərinin Ukraynanın məhvinə səbəb ola biləcəyini söyləyib.

Olaylar.az xarici mətbuata istinadən xəbər verir ki, Sergey Lavrov "Pervıy Kanal"a danışarkən belə  deyib.  "Prezident Vladimir Putin bu yaxınlarda söylədi,  bu sözlər bu gün də qüvvədədir. Donbasda yeni bir müharibə başlatmağa çalışanlar Ukraynanı məhv edəcək" - deyə o, qeyd edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31