Rusiyada son sutkada 9 169 nəfər koronavirusa yoluxub, 383 nəfər öldü

Rusiyada son bir gündə daha 9 169 nəfərə COVID-19 diaqnozu qoyulub.

Olaylar.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 4 554 264 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 383 nəfər artaraq 99 233-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 4 176 419 nəfər virusdan  sağalıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31