Kremldən açıqlama: "Müharibənin başlamasından narahatıq"
26 martda Donbasın Şumı bölgəsində rusiyapərəst separatçıların açdığı atəş nəticəsində dörd Ukrayna əsgərinin ölməsindən sonra Rusiya və Ukrayna arasında gərginlik alovlanıb.
1 Aprel 2021 11:22 Dünya26 martda Donbasın Şumı bölgəsində rusiyapərəst separatçıların açdığı atəş nəticəsində dörd Ukrayna əsgərinin ölməsindən sonra Rusiya və Ukrayna arasında gərginlik alovlanıb.
Olaylar.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov, "Ukraynanın bu və ya digər şəkildə hər hansı təxribat xarakterli hərəkətinin müharibəyə səbəb ola biləcəyindən narahatlıq duyuruq"- deyə qeyd edib.
Qeyd edək ki, 2014-cü ildən bu yana iki ölkə arasındakı münaqişələr səbəbindən 14 mindən çox insan həyatını itirib.
Gülər Seymurqızı
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31