Rusiya Ukrayna ilə sərhəddə əsgər sayını artırıb

Ukrayna Baş Qərargah rəisi Rusiyanın təlimlər adı altında Ukrayna sərhədində yerləşdirilən əsgər sayını artırdığını açıqlayıb. 

Olaylar.az xəbər verir ki,  Ukrayna Baş Qərargah rəisi Homçak Rusiyanın bir gün əvvəl dövlət sərhədi boyunca 28 taktiki batalyon qrupu yerləşdirildiyini açıqlayıb.  Moskva bu iddialara cavab olaraq Kiyev hökumətinin rusiyapərəst separatçılarla münaqişəni yenidən başlatmaq istəyindən narahatlığını ifadə edib. Dünən Donbas bölgəsində 1 aprel tarixində başa çatan atəşkəsin uzadılmayacağını açıqlayan Rusiya, sosial şəbəkələrdə Ukrayna sərhədinə sıx hərbi və texnika videolarını yayıb. 

Rusiya  hərbi təlimlər keçirdiyini desə də, NATO  daxil olmaqla bir sıra ölkələr narahatlıqlarını ifadə edib. 

Qeyd edək ki, 26 martda Donbasın Şumı bölgəsində rusiyapərəst separatçıların açdığı atəş nəticəsində  dörd Ukrayna əsgəri ölmüşdü.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31