ABŞ- Meksika sərhədində 2 uşaq sərhəd divarından atıldı

ABŞ-Meksika sərhədindəki miqrantların görüntüləri yayılıb. 

Olaylar.az "TRT Haber"ə istinadən xəbər verir ki,  görüntülərdə biri 3,  digəri 5 yaşında olan iki qız uşağın sərhəd divarından atıldığı qeydə alınıb. Uşaqlar sərhəd gözətçiləri tərəfindən xilas edilib.

​​​​​Qeyd edək ki, Meksikadan, Hondurasdan, El Salvadordan və Qvatemaladan ABŞ-a köç etmək istəyənlər insan alverçilərinə özləri və uşaqları üçün adambaşına 6 min dollar ödəyirlər.

 

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31