Aleksey Navalnı aclıq aksiyasına başlayıb
1 Aprel 2021 10:11 DünyaRus müxalifət lideri Aleksey Navalnı aclıq aksiyasına başlayıb.
Olaylar.az xarici KİV-nə istinadən xəbər verir ki, bu barədə məlumatı məhkumun vəkilləri sosial media vasitələrində yayıb.
Qeyd edək ki, müxalifət lideri Aleksey Navalnı Rusiyada zəhərləndikdən sonra müalicə üçün Almaniyaya göndərilmişdi. Müalicəsi başa çatdıqdan sonra Moskvaya qayıdan müxalif lider Rusiyanın hava limanında həbs olunub.
Gülər Seymurqızı
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31