Üçüncü dalğanı yaşayan Avropada koronavirusla bağlı son statistika

Koronavirus epidemiyasının üçüncü dalğasını yaşayan Avropada son günlərdə yoluxma sayında qismən azalma var.  

Olaylar.az xəbər verir ki,  İngiltərədə son 24 saat ərzində 4 min 40 nəfər virusa yoluxub, 56 nəfər nəfər vəfat edib.  Fransada isə  9 min 94 nəfər virusa yoluxub,  362 nəfər ölüb. 

İtaliyada  da yeni növ koronavirusa yoluxma və ölüm sayı artmaqda davam edir. Son 24 saatda  16 min 17 nəfər virusa yoluxub,   529 nəfər vəfat edib. 

İspaniyada  son sutkada  106 nəfər virusun qurbanı olub,  4 min 994 nəfər "Covid-19"a yoluxub. 

Gülər Seymurqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31