Ərdoğandan dünya ölkələrinə koronavirus peyvəndi barədə ÇAĞIRIŞ
30 Mart 2021 15:58 DünyaÖz vətəndaşlarını vaksinasiya edə biləcək sayda dozaya malik ölkələrin əlavə peyvəndləri ehtiyacı olan ölkələrə çatdırması lazımdır. Pandemiya ilə birlikdə daha da üzə çıxan ədalətsizlik peyvənd məsələsində kəskin hal alıb.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT tərəfindən dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən "COVID-19 və sonrasında inkişafın maliyyələşdirilməsi" başlıqlı onlayn tədbirə göndərdiyi video müraciətində səsləndirib.
Dünyada hələ də 100-ə yaxın ölkə üçün peyvəndin əlçatan olmadığını görürük. Bir tərəfdə əhaləsinin hamısına yaxın bir hissəsini vaksinasiya etmiş ölkələr var ikən, digər tərəfdə milyonlarla insanın ilk doza peyvəndi belə tapa bilməməsi insanlıq və insani dəyərlər baxımından narahatlıq doğuran bir vəziyyətdir. Halbuki peyvəndə əl çatanlıq baxımından ədalətin təhlükəsizliyi təmin edilmədən pandemiyanın sona çatmayacağı və iqtisadi inkişafın baş tutmayacağı ortadadır", - deyə Türkiyə lideri bildirib.