Türkiyədə ər arvadının üzərinə benzin tökərək onu yandırdı
30 Mart 2021 15:34 DünyaDünən Türkiyənin Təkirdağ şəhərində ər arvadının üzərinə benzin tökərək onu yandırıb.
Olaylar.az "HaberTürk"ə istinadən xəbər verir ki, 29 yaşlı Əkrəm A. arvadı Ayşənin üzərinə benzin tökərək onu yandırmağa çalışıb. Alovları söndürməyə cəhd etsə də, o, qorxusundan hadisə yerindən uzaqlaşıb.
Ətrafdakı insanlar tərəfindən xəstəxanaya çatdırılan qadın hazırda İstanbul xəstəxanasında müalicə alır.
Əkrəm A jandarm qrupları tərəfindən saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31