Məşhur aktrisa Şaron Stone: Nənəm bizi otağa bağlayardı, babam da təcavüz edərdi

34 yaşında "Basic Instinct" filmi ilə şöhrət qazanan Şaron Stone həyatı ilə  bağlı həqiqətləri illər sonra danışıb. O, həm bacısının, həm də özünün babaları tərəfindən cinsi istismara məruz qaldığını bildirib.  İndi 63 yaşında olan Stone  Nənəm babamla bir otaqda qalmağımız üçün  qapını üstümüzə  kilidləyərdi", - deyə qeyd edib. 

14 yaşında olarkən babası ölən aktrisa həm bacısının, həm də öz həyatının qurtulduğu üçün sevindiyini  dilə  gətirib. 

Şaron Stone  onu məşhurlaşdıran "Basic Instinct" filminin prodüserləri və rejissoru haqqında da oxşar sözlər  yazıb. Aktrisanın sözlərinə görə,  adını çəkmədiyi bir prodüserin filmdəki tərəf müqabili  ilə də həqiqi  cinsi əlaqədə olmasına təzyiq göstərdiyini bildirib.  Stonun bu təklifi rədd etməsindən sonra prodüseri onunla işləməyi rədd edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31