İspaniyada dövlətin dəstəyi ilə 5000 nəfərlik konsert keçirilib - Video

İspaniyanın Barselona şəhərində dövlətin dəstəyi ilə 5000 nəfərlik  təcrübə konsert keçirilib. 

Olaylar.az xəbər verir ki, konsertin keçirilməsində məqsəd kütləvi yığışmadan sonra virusun yoluxma statistikasını müşaiyət etməkdir.  5000 nəfərlik konsertdən sonra neçə  nəfərin koronavirusa yoluxması ilə  bağlı  statistika  açıqlanacaq. 

Konsertə gəlməzdən öncə hər kəs "Covid-19" testi verib. Konsertə test nəticəsi neqativ olanlar buraxılıb. 

Qeyd edək ki, bugünədək İspaniyada 3 milyon 270 min  825 nəfər virusa yoluxub, 75 min 199 nəfər isə  virusun qurbanı olub. 

Gülər Seymurqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31