Türkiyənin Karabük rayonunda koronavirusa yoluxan 65 yaşlı qadın karantin üçün evinə yollanarkən qaçırıldığını zənn edib.
Olaylar.az "TRT Haber"ə istinadən xəbər verir ki, çaşqınlıq yaşayan Zehra Taraş gecənin qaranlığında maşından düşərək qaçmağa başlayıb. 300 metr uzaqlaşan qadın polislər tərəfindən saxlanılaraq ailəsinə təhvil verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31