Məşhur aktrisadan inanılmaz addım: Otellərdən görün nə tələb edib
30 Mart 2021 12:01 DünyaMəşhur türkiyəli aktrisa Merve Boluğur inanılmaz addım atıb.
Olaylar.az xəbər verir ki, iddialara görə, aktrisa pulsuz tətil üçün otellərə mesaj göndərib.
Belə ki, həyat yoldaşı Murad Dalkılıçla yollarını ayırandan sonra nə özəl həyatında, nə də kariyerində axtardığını tapmayan Merve qeyd edilən iddia ilə gündəmə gəlib.
Məlumata görə, aktrisa Türkiyənin əksər bölgələrində yerləşən otellərlə əlaqə saxlamaq istəyib. Məşhurluğundan istifadə edən Boluğur istəyinə nail ola bilməyib.
Qeyd edək ki, aktrisanın həmkarı Serenay Sarıkaya da bundan öncə eyni addımı atmışdı. O, otellərlə əlaqə saxlayandan sonra bir qəpik də ödəmədən Maldivlərdə istirahət etmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31