Dünyada koronavirusla bağlı son 24 saat

Dünyada yeni növ koronavirus epidemiyasına yoluxanların sayı 128 milyon, virusdan ölənlərin sayı  isə 2 milyonu keçib.

Olaylar.az xəbər verir ki, son 24 saatda dünyada  "Covid-19"a yoluxanların sayı 128 milyon 19 min, ölənlərin sayı  isə 2 milyon 799 min nəfərdir. Virusdan sağalnaların sayı  103 milyon 189 mini keçib. 

Virusun ən çox yayıldığı ilk 10 ölkə ABŞ, Braziliya, Hindistan, Fransa, Russiya, Birləşmiş Krallıq, İtaliya, İspaniya, Türkiyə və Almaniyadır. 

"Covid-19"a ilk yoluxmanın qeydə alındığı Çinin Vuhan şəhərində  isə son 24 saatda  8 nəfər virusa yoluxub. Bugünədək ölkədə 90 min 190 nəfər virusa yoluxub, 4 min 636 nəfər isə  virusun qurbanı olub. 

Gülər Seymurqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31