Merkeldən xəbərdarlıq: “Vaxtımız yoxdur, yeni virus....”
29 Mart 2021 15:43 DünyaAlmaniya kansleri Angela Merkel yerli mediaya müsahibəsində yeni pandemiyanın başlayacağını anons edib.
Olaylar.az xəbər verir ki, Merkel yeni virusun daha öldürücü olduğunu bildirib.
Almaniya prezidentinin sözlərinə görə, üçüncü dalğa ilə mübarizə aparmaq üçün sərt karantin tədbirləri tətbiq olunmalıdır.
"Regionlarda təbliğat aparmalıyıq. Yoluxma sayının yüksək olduğu əyalətlərdə sərt karantin tədbirləri, lazım gələrsə küçəyəçıxma qadağası tətbiq olunmalıdır. İnsanlar arasında təmasları azaltmaq vacibdir. Paralel olaraq məktəblər və iş yerlərində sürətli testlərin tətbiqi başlanmalıdır. Mümkün olduğu qədər evdən iş rejiminə keçid etməliyik. Unutmayaq ki, bu virus daha yoluxucu və ölümcüldür",- deyə Merkel qeyd edib. teleqraf
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31