Arıqlama dərmanı satan şirkət 2 min insanın ölümünə səbəb olub
29 Mart 2021 15:40 DünyaFransız əczaçılıq şirkəti "Servier"tərəfindən istehsal olunan "Mediator" adlı arıqlama dərmanı təxminən 2 min insanın ölümünə səbəb olub.
Olaylar.az xəbər verir ki, fransız mətbuatının məlumatına görə, şirkətə 2,7 milyon avro pul cəzası təyin olunub.
Məhkəmə hakimi Sylvie Daunis " Riskləri bilmələrinə baxmayaraq illərdir heç vaxt lazımi tədbirləri görməyiblər",- deyə qeyd edib.
Gülər Seymurqızı
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31