BMT suriyalılar üçün beynəlxalq ictimaiyyətə müraciət etdi
29 Mart 2021 12:21 DünyaBirləşmiş Millətlər Təşkilatı Brüsseldəki Suriya iclasından əvvəl 24 milyon suriyalı üçün beynəlxalq ictimaiyyətə müraciət edib.
Olaylar.az xəbər verir ki, iclasda suriyalıların getdikcə artan aclıq və yoxsulluqla üzləşdiklərinə diqqət çəkilib. Ölkədə və qonşu ölkələrdə köməyə ehtiyacı olan suriyalıların sayının bu il 20 milyondan 24 milyona yüksəldiyi qeyd edilib.
Bu il suriyalıların ehtiyaclarını ödəmək üçün 10 milyard dollara ehtiyac olduğunu bildirən təşkilat, yığılan vəsaitin 4,2 milyard dollar suriyalılar, 5.8 milyard dolların isə qaçqınlar üçün istifadə ediləcəyini açıqlayıb.
Gülər Seymurqızı
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31