Türkiyədə polisdən qaçmaq istəyən ana 3 uşağından birini itirdi

Türkiyədə bazar günü karantin qaydalarını pozaraq 3 uşağı ilə parkda gəzintiyə çıxan ana polislərin gəldiyini gördükdə uşaqlarla birgə polisdən qaçmağa başlayıb. 

Olaylar.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, həmin anda ana uşaqlarından birini itirib. Əraziyə  çoxsaylı  polis dəstələri cəlb edildikdən sonra uşaq bir vətəndaş tərəfindən tapılaraq ailəsinə təhvil verilib. 

Gülər Seymurqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31