İndoneziyada neftayırma zavodunda yanğın olub, 20 nəfər yaralanıb

İndoneziyanın Qərbi Cava əyalətinin Indramayu bölgəsindəki neft emalı zavodunda partlayış baş verib. 

Olaylar.az  Anadolu Agentliyinə istinadən xəbər verir ki, dövlətə məxsus Pertamina neft şirkətinin Balongan Petrol Emalı Zavodunda baş verən partlayışda 5-i ağır olmaqla 20 nəfər yaralanıb.

Partlayış səbəbindən ətrafdakı yaşayış məntəqələrinə zərər dəyib. 

Gülər Seymurqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31