Qırmızı Meydanda paket tapıldı, giriş bağlandı
28 Mart 2021 20:28 DünyaMoskvada Qırmızı Meydana giriş bağlanıb.
Olaylar.az "RİA Novosti"yə istinadən xəbər verir ki, buna sözügedən ərazidə unudulmuş paket səbəb olub.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, meydanda unudulmuş paket aşkarlanıb və bu səbəbdən ərazidə yoxlamalar başlayıb. Lakin sonradan paketi unudan şəxs geri qayıdıb. Rəsmi qurumların məlumatına görə, yaxın saatlarda Qırmızı Meydana girişə qoyulan məhdudiyyət aradan qaldırılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31