Qırğızıstanda vaksinasiya bu tarixdən başlayır

Qırğızıstanda martın 29-dan həkimlərin və sosial sfera işçilərinin koronavirus infeksiyasına qarşı vaksinasiyası başlayacaq.

Olaylar.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin sözçüsü bildirib ki, hazırda Oş şəhərinə və Çuy vilayətinə peyvəndlər gətirilir.

Birinci mərhələ başa çatdıqdan sonra vaksinlər digər kateqoriyalı vətəndaşlar üçün əlçatan olacaq.

Fevral ayının sonunda Qırğızıstan Rusiyanın "Sputnik V" peyvəndini qeydiyyatdan keçirib. teleqraf

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31