Ermənistanın reanimasiya şöbələrində yer qalmayıb - Səhiyyə Nazirliyindən SOS
25 Mart 2021 10:41 DünyaErmənistanda koronavirusa gündəlik yoluxma hallarının kəskin artması səbəbindən xəstəxanaların reanimasiya şöbələrində yer qalmayıb.
Olaylar.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə məlumat yayan ölkənin Səhiyyə Nazirliyi qeyd edib ki, hazırda reanimasiya şöbələrində 262 yerdən 259-u tutulub. Müalicə olunan koronavirus xəstələrinin 750-nin vəziyyəti ağırdır, 63 nəfər isə süni nəfəs aparatına qoşulub.
Qeyd edək ki, ötən gün Ermənistanda 1164 yeni yoluxma qeydə alınıb. Bu günədək virusdan ölənərin sayı 3 400-ə çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31