Avstraliyada daşqın fəlakəti
23 Mart 2021 11:24 DünyaBir neçə gündür ki, Avstraliyanı cənginə alan aramsız daşqınlar 18 min insanın təxliyəsi ilə nəticələnib.
Daşqınlar nəticəsində ilanlar və hörümçəklər də ərazini tərk etməyə başlayıblar. Sakinlər sosial şəbəkələrdə güclü daşqınlardan sonra ilanların və hörümçəklərin evlərə doluşduğunu qeyd ediblər. Onlar həyatları üçün ikiqat təhlükənin yarandığını və çıxılmaz vəziyyətdə qaldıqlarını vurğulayıblar.
Ada dövlətdə daşqınlardan qorunmaq üçün heyvanlar hətta qarajlarda, gəmilərdə, ağacların zirvələrində də özlərinə "yurd-yuva" salıblar.
Qeyd edək ki, ötən həftədən başlayan daşqınlar Avstraliya hökuməti tərəfindən "yüz ilin ən təhlükəli təbii fəlakəti" elan edilib. publika
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31