Hindistanda ağır qəza: 13 nəfər öldü

Hindistanda 13 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Olaylar.az APA-ya istinadən bildirir ki, bu barədə "Hindustan Times" qəzeti məlumat yayıb.

Bildirilib ki, ötən gün Andxra-Pradeş ştatında hərəkətdə olan avtobusla minik maşını toqquşub, nəticədə 13 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Ölənlərdən 11 nəfəri qadındır.

Yaralılar xəstəxanaya çatdırılıb, onların vəziyyəti ağır qiymətləndirilir.

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31