Lavrovun taxdığı maskada yazılmış sözlər gündəm oldu – Nəyə lənət oxudu?

Rusiya xarici işlər naziri Sergey Lavrovun Çində səfərdə ikən taxdığı maskanın üzərindəki yazı birmənalı qarşılanmayıb.

Nazir üzərində "FCKNG QRNTN" ("lənətə gəlmiş karantin") slenqi yazılmış maska taxıb.

Məlumata görə, bu qoruyucu maskanı ötən gün ona ad günü münasibətilə jurnalistlər hədiyyə edib.

sfera.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31