Dəniz tısbağası yeyən 19 nəfər ÖLDÜ
22 Mart 2021 20:14 DünyaMadaqaskarda dəniz tısbağası yeyən 19 nəfər həyatını itirib.
Olaylar.az xəbər verir ki, paytaxt Antananarivoda restoranların birində dəniz tısbağası yeyən 34 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Hadisə nəticəsində 19 nəfər ölüb.
Ölənlərin arasında 9 nəfər uşaq olduğu bildirilib. Həkimlərin sözlərinə görə, bu aylarda dənizin dibindəki zəhərli yosunlarla bəslənən dəniz tısbağalarında da zəhər yaranır. İlkin ehtimal kimi insanlarım ğlümünə bu səbəb götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31